Dəm qazından zəhərlənmə zamanı ilkin yardım necə göstərilməlidir?

  • Müəllif: admin
  • 29 Noyabr 2016 10:40

qaz

Son günlərdə dəm qazından zəhərlənmələrin və onların qurbanlarının sayının artması ölkə ictimaiyyətində ciddi narazlıq və narahatlıq yaratmaqdadır.

Xüsusilə də paytaxt Bakı şəhərində günün müəyyən vaxtlarında yaranan tıxaclar üzündən təcili yardım stansiyalarının maşınlarının hadisə yerlərinə gec çatmaları və onların xidmətlərindən istfadə ləngidiyi üçün qurbanların vəziyyətlər ya ağırlaşır, ya da zərəçəkənlər dünyasını dəyişirlər. Bu səbəbdən də həkiçlər dəm qazından zəhərlənmə halları qeydə alındıqda zərəçəkənlərə ilkin yardımların göstərilməsi üçün bir sıra təkliflər irəli sürürlər:

Gununsesi.info xəbər verir ki, dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

– zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);

– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

– ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

– əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”).

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin!

 Anar

Gununsesi.info