“Dəmir İpək Yolu”nun əhəmiyyəti artır

  • By admin
  • 26 Aprel 2017 13:15

unnamed

Çin ilə Avropa ölkələrini bir-birinə bağlayan “Dəmir İpək Yolu” layihəsi çərçivəsində, Çin, Belarus, Almaniya, Qazaxıstan, Monqolustan, Polşa və Rusiya arasında yeni müqavilə imzalanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Çinin dəmiryolu şirkəti “China Railway Corporation” məlumat yayıb.

Belə ki, razılaşmaya əsasən, məqsəd Asiya və Avropa ölkələri arasında yük daşımalarının həcmini artırmaqdır.
Qatarların sürətlərini artırmaq üçün birlikdə çalışacaq olan ölkələr, eyni zamanda nəqliyyatın təhlükəsizliyini təmin etmək istiqamətində də məlumat paylaşım bazasını yaradacaqlar.

Xatırladaq ki, 2011-ci ildə istifadəyə verilən Çin-Avropa dəmiryolu xəttində bu günədək ümumilikdə 3 557 qatar yola salınıb. Qatarlarla Çindən 28, Avropadan isə 11 ölkənin 27 şəhərinə yük daşınıb.

Hazırda Türkiyə ərazisində Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşası davam edir. Türkiyə “Dəmir İpək Yolu”nun tam ortasında yer alır. Layihəyə görə, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistan üzərindən Çinə qədər davam etdiriləcək.

Anar
Gununsesi.info