Dəmir yolu vağzalında qadın bıçaqlanaraq öldürüldü

  • By admin
  • 30 İyul 2021 13:02

Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.

Gununsesi.info “Report”un Şimal bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.

Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.