“Dəmirbank” yaralı hərbçinin kredit borcunu sildi

  • By admin
  • 28 İyun 2016 08:46

demirbank

“Dəmirbank” Azərbaycanın ərazi bütövlüyü uğrunda ağır yaralanan hərbçimiz Tağıyev Rahim Qara oğlunun banka olan kredit borcunu silib. Gununsesi.info-nun məlumatına görə, deputat Aydın Mirzəzadənin müraciətinə əsasən  bank belə bir addım atıb.

Bankın İdarə heyətinin sədri Fərid Abuşovdan deputata ünvanlanan məktubda bildirilir ki, “Dəmirbank”  hər zaman şəhid ailələri və Qarabağ əlillərinin sosial təminatında öz köməkliyini əsirgəmir.