Azərbaycanda mal ətinin qiymətində növbəti bahalaşma qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, Bakının bəzi ərazilərində hazırda sümüklü mal ətinin 1 kiloqramı 20 manata, sümüksüz mal əti isə 26 manata satılır.
Beləliklə, satış məntəqələrindən asılı olaraq mal ətinin qiyməti 20-26 manat aralığında dəyişir.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda vəziyyət araşdırma tələb edir.
Qeyd edək ki, mal ətinin qiymətində artım müşahidə olunsa da, hələlik bu bahalaşmanın qoyun ətinin qiymətinə təsir etdiyi müşahidə edilmir.
Qiymət artımının səbəbləri ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.
Vüsal












