Avqustun 6-da Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan 16 yaşlı şəxsin meyiti tapılıb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, nəzarətsiz ərazidə dənizdə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.












