
Dərman vasitələrinin qanunsuz dövriyyəsinə görə cəzalar sərtləşdirlir.
Cəzaların sərtləşdirilməsi İnzibati Xətalr Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dərman vasitələri haqqında qnaunvericilyiin poszulması ilə əlaqədar olaraq Məcəllənin 221-8 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək.
221-9 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək.
Müzakirələrin yekunu olaraq parlamentarilərə dəyişikliyi təqdir edərək parlamentin plenar iclasda müzakirə edilməsinə tövsiyyə olunub.
Mürtəza
Gununsesi.info












