
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:30-da başa çatıb.
Gununsesi.info












