
Oğurluq hadisələri törədən dəstə saxlanılıb.
Gününsəsi.info xəbər verir ki, Binə qəsəbə sakinləri Vüsal Mübariz oğlu Məmmədli , Həmid Zahid oğlu Əliyev, Teyyub Mübariz oğlu Məmmədli, Vüsal Mübariz oğlu Məmmədli, Rəşad Heydər oğlu Əliyev və Orxan Əli oğlu Əlizadədən ibarət dəstəni Xəzar rayon polis idarəsinin əməliyatçıları uzun müddət izlədikdən sonra yaxalaya biliblər. 19- 23 yaş arası gənclərdən ibarət dəstəyə Vüsal Məmmədli ilə Rəşad Əliyev rəhbərlik edib. İşin istintaqın aparan Xəzar rayon polis idarəsinin müstəntiqi Kamran Zülfüqarovun sözlərinə görə bəzi evlər günün günorta çağı qarət olnub. Dəstənin fəaliyyət ərazisi Binə , Qala və Buzovna qəsbələrini əhatə edib. Oğurlanan qızıl -zinət əşyaları və məişət avadanlıqları paytaxtın müxtəlif yerlərində dəyər dəyməzinə satılıb. Əldə edilən məbləğ dəstə üzvləri arasında bölünüb. Saxlanılan Vüsal Məmmədli oğurluq etmək təklifinin onunla Rəşaddan gəlməsini təsdiqləyib.Vüsalın sözlərinə görə birinci oğuluğu Binə qəsəbəsində tanımadıqları adamın evindən ediblər. Dəstəninin digər üzvü 23 yaşlı Həmid Əliyev isə dəstəyə qoşulmazdan əvvəl oğurluq hadisələrini tək törədib.
Faktlarla əlaqədar Xəzar rayon Polis İdarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.


Gününsəsi.info












