Daha bir helikopter qəzası

  • By admin
  • 17 Aprel 2018 20:01


Aprelin 17-də Avstraliyanın Kosçyuşko milli parkında helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.

Məlumatda qeyd edilir ki, göyərtəsində üç nəfər olan helikopter qəzadan sonra alışıb. Səhiyyə işçiləri və xilasedicilərlə yanaşı, qəza yerinə sanitar helikopteri də göndərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Gununsesi.info