Daha bir ölkə İrana sanksiya tətbiq etdi

  • By admin
  • 01 Fevral 2023 14:17

Avstraliya insan haqlarının pozulmasını əsas gətirərək Myanma və İranda bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sanksiyalara çevrilişdə birbaşa məsuliyyət daşıyan hərbi rejimin rəhbər orqanı olan Myanma Dövlət İnzibati Şurasının (SAC) 16 üzvü və hərbi nəzarət altında olan “Myanmar Economic Holdings Public Company Limited”ə (MEHL) aid edilib.

Myanmadakı hərbi idarənin fəaliyyətlərinin təqib ediləcəyi bildirilən açıqlamada Avstraliyanın Myanma böhranının həllində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) rəhbərliyinə tam dəstək verdiyi bildirilib.

Digər tərəfdən, açıqlamada İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) üzvləri də daxil olmaqla bəzi əsgər və siyasətçilərin İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərin sanksiya siyahısına salındığı qeyd edilib.

Bundan əlavə, açıqlamada Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən 4 iranlı və 4 təşkilata maliyyə sanksiyasının tətbiq edildiyi, Ukraynalı mülki şəxslərin atəşə tutulması üçün İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edildiyi iddia edilib.

Gununsesi.info