Daha bir partiyadan Kılıcdaroğluna dəstək - BƏYANAT

Türkiyə İşçi Partiyasının (TİP) Mərkəzi İdarə Heyəti (MYK) İYİ Partiya sədri Meral Akşenerin açıqlamalarından sonra sosial media hesabından yazılı açıqlama yayıb.

GUNUNSESİ.İNFO həmin açıqlamanı təqdim edir:

“Ölkəmizin xilasından daha çox şəxsi mənafeyini düşünən, qarşıdan gələn seçkilərdən sövdələşmə və şantaj yolu ilə siyasi qazanc əldə etmək üçün istifadə edən, saraya qarşı bəslədikləri xalqın iradəsini zəiflədən bütün təşəbbüslər və niyyətlər öz iradəsini zəiflətməyə məhkumdur.

Türkiyə tarixinin ən mühüm seçkilərinə yaxınlaşır. Xalqa qarşı törətdikləri bütün cinayətləri ört-basdır etmək, buna yeni cinayətlər əlavə etmək və zülmkar talançılıq siyasətlərini davam etdirmək üçün bu seçkilər Saray hökuməti üçün həyat probleminə çevrilib. Türkiyə sarayın sağ qalması ilə ölkəmizin gələcəyi arasında kəsişmə nöqtəsinə gəlib. Türkiyə İşçi Partiyası hər zamankı sözünü deməkdə davam edir. Ölkəmiz bu hökmranlıqdan tez bir zamanda qurtulmalıdır. Bu azadlığın yeganə subyekti xalqın özüdür.

Tərcümə: Mətləb Yaqublu

Gununsesi.info