Daha bir rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 09 Avqust 2016 20:46

qazzzz

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 9-dan 18-dək Bakının Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aparılan işlərin Binəqədi rayonunun Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Gununsesi.info