Daha bir şəhidimiz dəfn olundu - FOTO

  • By admin
  • 14 Yanvar 2021 20:56

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, söhbət 1996-cı il təvəllüdlü MAXE əsgər Həsənov Afiq Namiq oğlundan gedir.

Bu gün 25 yaşlı şəhidimiz Qusarın Böyük Muruq kəndində torpağa taşırılıb.

Qeyd edək ki, Afiq Həsənov Murov istiqamətində gedən döyüşlərdə şəhid olub. 3 ay idi ki, ailəsi ondan xəbər ala bilmirdi.

Allah rəhmət eləsin!

Gununsesi.info