Daha hansı deputatların kredit borcu var? -SORĞU

  • By admin
  • 04 İyun 2016 12:09

Millio Meclisss

Son dövrlərdə, xüsusən də manatın devalvasiyasndan sonra kredit borclarının qaytarlmasında ciddi problemlər yaranb. Artıq nəinki böyük həcmli kreditlərin, o cümlədən ən kiçik həcmli kreditlərin banklara qaytarılmasında da ciddi sıxıntılar yaşanır. Kiçik həcmli 3-5 min manata civarnda olan kreditlərin qaytarılmasna problemin yaranmasına, əsasən, ölkədki işsizlik məsələsi səbəb olur. Belə ki, işsizliyin səviyyəsinin yüksək olması adi vətəndaşların kreditə götürdükləri adi məişət əşyasının kreditini qaytarmağa imkanı yoxdur. Kredit borclarının qaytarılması, xüsusən də dollarla olan kreditlərin qaytarılması ilə bağlı məsələlərə dəfələrlə Milli Məclisdə deputatlar tərəfindən qaldırlsa da,, indiyədək bununla bağlı hansısa irəliləyiş. əldə olunmayb. Məsələnin maraq dairəsini nəzərə alaraq, millət vəkillərinin də kredit borcu varmı, yoxmu, əgər varsa onlar da bu kredirləri qaytarmaqda çətinliklər çəkirlərmi sualına cavab axtardıq. Gununsesi.info olaraq millət vəkillərinə “kreditiniz varmı” sualı ilə müraciət etdik.

elman

 

Millət vəkili Elman Məmmədov bildirdi ki, banka hər hansı kredit borcu yoxdur: “Ümumiyyətlə, mən hər hansı işlə məşğul deyiləm ki, kredit də götürəm. Maaşımla dolanıram”. Millət vəkili Elman Nəsirli də banklara hər hansı kredit borcunun olmadığını və indiyədək kreditdən istifadə etmədiyini bildirdi. Millət vəkili Fəzail Ağamalı da banka hər hansı kredit borcunun olamdığını bildirdi.

fez

Millət vəkili Fəzail Ağamalı da banka hər hansı kredit borcunun olamdığını bildirdi.

Millət vəkili Fazil Mustafa isə ümumiyyətlə ,kreditlə bağlı banklara müraciət etmədiyini və bu barədə də düşünmədiyini deyib: “Hansısa bir xüsusi sahəm yoxdur ki, ora vəsait sərf etmək üçün kredit götürüm. “Heç vaxt kredit götürməmişəm. Kredit götürmək əlverişli olmadığı üçün heç planlaşdırmıram. Azərbaycan maaşları ilə çalışan bir şəxs kredit götürməmişdən əvvəl xeyli düşünməlidir. Çünki faizləri heç bir halda qaytarmaq mümkün deyil. Sözün açığı buna heç risk də eləmirəm. İstər dövlətə, istərsə də hansısa bir şəxsə borclu qalmaq istəmirəm.”

Zahid Oruj

Deputat Zahid Oruc isə özü və ailəsinin adında heç vaxt kredit olmadığını söyləyib: “Mən heç vaxt kredit götürməmişəm. Nə istehlak krediti, nə istehsalat, nə də ki, əmlak alqı-satqısı üçün heç vaxt kreditdən istifadə etməmişəm. Özüm şəxsi adıma heç vaxt belə bir cəhd etməmişəm”-, deyə o bildirib. Z.Oruc əlavə edib ki, parlamentdə olduğum dövrdə onlarla insana kredit almaq məsələsində yardım edib: “Kredit sahəsindəki problemləri daha yaxından bilirəm və bunu da parlamentdə gündəmə gətirmişəm”.

vahid

Milli məclisin üzvü, deputat Vahid Əhmədov da kredit götürməyi düşünmədiyini vurğulayıb: “Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan. İstehsalat sahələri üçün kredit götürməyi qəbul edirəm. Əgər imkan varsa, maşın üçün də kredit götürmək olar. Azərbaycanda 1 milyard manata yaxın kredit borcu yaranıb. Təxminən 3-4 milyona yaxın insan banklara borcludur. Onların əmlakları, maşınları əllərindən alınır. Kredit götürən adam fikirləşməlidir ki, onu qaytara biləcək, yoxsa qaytara bilməyəcək. Bu zaman həm banklar üçün həm də həmin şəxslərin özü üçün problem yaranır. Bizdə kredit götürmək məsələsində bir az ehtiyatlı olmaq lazımdır. Gələcəkdə də kredit götürməyi fikirləşmirəm”.

Siyavush Novruzov

Millət vəkili Siyavuş Novruzov kreditə ehtiyacının olmadığını deyir: “Mən heç vaxt kredit götürməmişəm. Heç götürmək fikrim də yoxdur. Məndə olan hər iki maşın hökumət maşınıdır. Dövlətin verdiyi maşındır. Şəxsi maşınım yoxdur. Ona görə də, kreditə ehtiyacım yoxdur”.

Mürtəza

Gununsesi.info