Ərdoğandan Almaniyaya: “Türkiyə kimi dostu itirmək riski ilə qarşı-qarşıyadır”

  • By admin
  • 04 İyun 2016 12:19

Ardogan

Türkiyə prezidenti Almaniyanın erməni “soyqırımı” qərarından danışdı.

“Biri bir qərar qəbul edib deyə tariximizi dəyişəcək deyilik. Almaniyanın fərqində olmadığı məsələ budur – Türkiyə kimi bir dostu itirmək riski ilə qarşı-qarşıyadırlar”. Gununusesi.info-nun məlumatına görə, bunu Almaniya Bundestaqının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərara münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Afrikaya səfəri zamanı Nayrobidə jurnalistlərin suallarını cavablandırıb. O, Almaniya parlamentinin verdiyi qərarın bir dəyəri olmadığını deyib.

 

Tayyip Ardogan

 

Ərdoğan ölkəsinin dostlarını çoxaltmaq üçün çalışacağını deyib. “Amma kimsə əks şəkildə, davransa önəmli bir dostlarını itirmiş olacaq. Bizim orada 3 milyondan çox vətəndaşımız var. Onlar alman iqtisadiyyatı üçün önəmli qüvvədirlər. Hələlik parlamentdə aparılan müzakirələr haqqında məlumatlar mənə çatmayıb. O qeydlərdən sonra qiymətləndirmə aparacağıq. Bizim 1915-ci il hadisələri ilə bağlı mövqeyimiz ortadadır.

Erdogannn

Jurnalistin “Türkiyə Bundestaqda qəbul edilən bir qərara qarşı hansı addımları atacaq?” sualına cavabı isə belə olub: “Bu, xeyrə əlamət olan bir addım deyil. Əvvəlcə dəyərləndirmə etməliyik. Hirslə qalxıb, ziyanla oturmaq bizə yaraşmaz”.

Ərdoğan qərarın qəbulunda bir sıra maraqlı məqamlar olduğunu da deyib. Məsələn, keçən il qondarma soyqırımın 100 illiyi idi. Nə üçün keçən il bunu qəbul etmədilər? “Bu, düşündürücüdür. İndi məni bir məsələ maraqlandırır – alman rəsmilər bu qərardan sonra mənim, baş nazirimizin üzünə necə bacaxaqlar?”

Ərdoğan səsvermədən bir neçə gün öncə Almaniya kansleri Angela Merkel ilə danışdığını da xatırladıb. O, deyib ki, hələ telefon danışı zamanı Merkel ona əlindən gələni edəcəyini deyib. “Mən 40 ildir siyasətin içindəyəm. Amma  qrupun inandırıla bilməməsini anlamıram. Kaş ki iştirak edib səs verəydi”.

Erdogan Merkel

Ərdoğan jurnalistlərlə görüşündə gərgin olan Rusiya-Türkiyə münasibətlərindən də danışıb. O deyib ki, münasibətlərdə mənfi yanaşma nümayişinin, buna fürsət verəcək açıqlamalar etməyin doğru olmadığını düşünür. Onun sözlərinə görə, yaxşı siyasət Rusiya ilə Türkiyə kimi iki böyük ölkə arasında münasibətlərin önünü kəsməyi deyil, qarşısını açmağı əsas götürməlidir. “Dolayısı ilə olmayacaq tələblərdən söz etmək düzgün deyil. Nələrin baş verdiyini hər kəs bilir. Hadisəyə səbəb hava məkanımızın pozulması, xəbərdarlıqlara cavab verilməməsi olub. Biz Türkiyə-Rusiya  münasibətlərinin belə bir hadisəyə qurban edilməməsi gərəkdiyini düşünürük”.  (Anspress)