Türkiyə Baş nazirinin Azərbaycan səfəri başa çatıb

  • By admin
  • 04 İyun 2016 11:57

 Binali Yildirimm

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 4-də başa çatıb. Gununsesi.info-nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq hava Limanında Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülülüb. Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Gülnaz