Daha iki nəfər öldü

  • Müəllif: admin
  • 03 Aprel 2017 20:33

1491235819-2585

 

Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində ölən şəxslərin sayı artıb.

Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, Mariinskaya xəstəxanasına yerləşdirilən 11 yaralıdan 2-si kliniki ölüm keçirib.
“İki nəfər hazırda əməliyyatdadır, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib”, – deyə xəstəxanadan verilən məlumatda bildirilir.

Rusiya səhiyyə naziri Veronika Skvortsova xəstəxanada iki nəfərin öldüyü xəbərini təsdiqləyib. O, həmçinin bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

 

Gununsesi.info