“Daily Mail”: “Şok və dəhşət” - Azərbaycan hərbçilərinin təlimi barədə

  • By admin
  • 01 İyun 2016 12:58

Gemiler Daily Mail 7

 

Türkiyədə keçirilən “Efes-2016” təlimləri ingilisləri də heyrətə gətirib.

İngiltərənin “Daily Mail” qəzeti Azərbaycanın iştirak etdiyi “Efes-2016” beynəlxalq təlimləri barədə məqalə dərc edib. Gununsesi.info  ANS PRESS-ə istinadən xəbər verir ki,  qəzet təlimləri “Şok və Dəhşət” başlıqları ilə manşetə çıxarıb.

 

Daily Mail

 

“Daily Mail” qəzetini hər gün 14 milyon insan izləyir. Qəzet yazıb ki, hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı Pakistan, Səudiyyə Ərəbistan, Polşa, Qətər, ABŞ və Böyük Britaniya hərbi hava, dəniz və quru qüvvələri iştirak edir.

 

Gemiler Daily Mail 9

 

Gemiler Daily Mail 5

İngiltərənin nüfuzlu qəzeti təlimlərin keçirilmə vaxtına diqqət çəkib. Müəllif yazıb ki, təlimlər Rusiya və Türkiyə münasibətlərinin gərgin olduğu və Yaxın Şərqdə münaqişələrin qızğın olduğu dövrə təsadüf edir.

Qəzet təlimlərdən dərc etdiyi fotoları isə “insanları heyrətə salan manevrlər” başlığı ilə şərh edib.

Təlimlərdə 8 ölkədən 860 nəfər şəxsi heyət iştirak edib. Hərbçilər təyyarələr, desant gəmiləri, pilotsuz təyyarələr, haubitsalar və tanklar vasitəsilə Türkiyə sahillərində qüvvələrini nümayiş etdiriblər.

 

Gemiler Daily Mail 3

 

Telim

 

Ötən gün  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan müdafiə naziri Zakir Həsənov  azərbaycanlı hərbçilərin də iştirak etdiyi “Efes-2016” beynəlxalq təlimlərini birgə izləyiblər.

Hərbi təlimləri prezident və nazirlə yanaşı Türkiyənin yeni baş naziri Binəli Yıldırım və Baş qərargah rəisi Hulusi Akar da müşahidə edib.

 

Gemiler Daily Mail 10

 

Hərbi təlimlər quruda, suda, havada həyata keçirilir. İzləyicilərə həyəcanlı anlar yaşadan təlimlər zamanı havadan şərti düşmən hədəfləri vurulub, həmçinin gəmilərdən  hücumlar təşkil edilib. Təlimlərdə Türkiyənin yerli istehsalı olan Atak helikopterləri də hədəflərə zərbə endirib.

 

Gemiler Daily Mail 6

Hərbi təlim zamanı Türk Silahlı Qüvvələrinə aid 16 “Cougar”, “Skorsky” və “UH-1” helikopterlərindən istifadə edilib.  Mayın 4-dən iyunun 4-nə kimi davam edəcək təlimlərdə həmçinin 79 xarici ölkədən 255 müşahidəçi iştirak edir. Təlimlər üçün 22 ölkədən 192 jurnalist Türkiyəyə gəlib.

 

Gemiler Daily Mail 8

 

Gununsesi.info