Rusiya gəmiləri Xəzərdə döyüş atışmalarına başlayır

  • By admin
  • 01 İyun 2016 13:07

Gemlire

 

Gəmilər Mahaçqala limanından dənizə çıxıblar. Rusiyaanın Xəzər donanmasının gəmiləri təlimə hazırlaşırlar. Gununsesi.info ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Volqodonsk” kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti onlara verilən vəzifələri yerinə yetirmək üçün Mahaçqala limanından Xəzər Dənizinə çıxıblar. Onlar burada Rusiyanın təhlükəzsizliyini təmin etmək üçün təlimlər keçəcəklər. Bundan başqa, döyüş atəşlərinin açılması da nəzərdə tutulur.

Gəmilər, həmçinin, “Dəniz kuboku” müsabiqəsinə hazırlıq çərçivəsində məşqlər də həyata keçirəcəklər. Bu müsabiqə avqustda Ordu beynəlxalq oyunları çərçivəsində olacaq. Gəmilərin ekipajları ümumilikdə Xəzərdə 1,5 min mil üzəcəklər.

Gemi 2

 

Rusiya sonuncu dəfə martda Xəzər dənizində təlimlərə başlayıb. Təlimlərdə təxminən 30 hərbi gəmi, kater və Rusiya Xəzər donanmasının gəmiləri təyinat üzrə vəzifələri yerinə yetiriblər.