Danimarka Binali Yıldırımın səfərini ləğv etdi - TÜRKİYƏ VƏ NİDERLAND ARASINDA YAŞANILANLAR SƏBƏB GÖSTƏRİLDİ

  • Müəllif: admin
  • 13 Mart 2017 20:26

Danimarka Basbakani ile Binali-Yildirim

Danimarkanın baş naziri Lars Lyokke Rasmussen türk həmkarı Binali Yıldırımın mart ayının 20-də ölkəsinə gözlənilən səfərini Türkiyə və Niderland arasında yaşanılan münaqişəni səbəb göstərərək ləğv edib.

Gununsesi.info-nun “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, Rasmussen “Türkiyənin Hollandiyaya olan hücumları səbəbiylə bu cür bir ziyarət gerçəkləşməyəcək”, deyə bildirib. Danimarkanın baş naziri qeyd edir ki, məhz elə bu səbəbdən də o, türkiyəli həmkarına görüşü təxirə salmağı təklif edib.

Bundan başqa, Lars Lyokke Rasmussen “Normal zamanlarda Türkiyənin baş naziri ilə görüşməkdən məmnunluq duyardım” deyərək, 10 dekabr tarixində Ankarada Binali Yıldırımla açıq, səmimi və konstruktiv bir görüş reallaşdırdıqlarını, lakin Danimarka hökumətinin hazırda Türkiyədəki aktual inkişafları böyük narahatlıqla izlədiyini ifadə edib.

Gununsesi.info