Daşkəsəndə BƏDBƏXT HADİSƏ: 220 metrlik qayadan yıxılıb öldü

  • By admin
  • 06 İyul 2021 09:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb. Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info