
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə – heroin, 20 bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə – tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info











