Daxili və xarici borcalma qaydasını pozmaya görə cəzalar sərtləşdirilir

  • Müəllif: admin
  • 17 Noyabr 2017 11:04

Daxili və xarici borcalma qaydasını pozmaya görə cəzalar sərtləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək plenar iclasında daxili və xarici borclanma qaydalarını pozmaya görə cəzaların sərtləşdirilməsi ilə bağlı İnzibati Xətalr Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunacaq.

Belə ki, Məcəllənin 411-1 maddəsinə, daxili və xarici borcalma qaydasını pozma

411-1.1. Dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalmasına görə –

vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

411-1.2. Eyni əməllər dövlətə az miqdarda ziyan vurduqda –

vəzifəli şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.”.

Mürtəza

Gununsesi.info