Ev qarət olundu - Oğru öz dayısı çıxdı

  • By admin
  • 03 Avqust 2016 16:10

dayi

 

Qohumunun evini yaran şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Gəncə şəhərində özbacısı oğlunun evini yaran şəxs saxlanılıb. Gəncəşəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Pərviz Məhərrəmov idarəyə müraciət edərək bildirib ki, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun evinin pəncərəni qıraraq içəri daxil olublar və mənzildən külli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Gəncə şəhər Baş Polis İdarəsi və şəhərin Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin dayısı, 1958-ci il təvəllüdlü Əbülfət Məmmədov saxlanılıb. O, bacısıoğlunun evini yardığın etiraf edib. Ə.Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun oğurladığıqızıl-zinət əşyalarını yaşadığı Cavadxan qəsəbəsindəki evin müxtəlif yerlərində gizlətdiyi məlum olub. Həmin qızıl zinət əşyaları götürülərək zərərçəkənə qaytarılıb. Məlumatagörə, Ə. Məmmədov Rusiya Federasiyasın da quldurluq cinayəti törətdiyinə görə 10 ilməhkumluq həyatı yaşayıb. Həmçinin Azərbaycanda da oğurluq etdiyinə görə cərimə olunub. Hazırda Əbülfət Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması yoxlanılır.