Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı bəlli olub.
Gununsesi.info xəbər verir ki, Ekvador və Uruqvay yığmaları mundialın final mərhələsində oynamaq hüququ qazanıb.
Uruqvay Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XVII turunda evdə Perunu minimal hesabla yenib – 1:0. Ekvador səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzmasına baxmayaraq sona bir tur qalmış istəyinə çatıb.
Hər iki komandanın hazırda 25 xalı var və 3-4-cü yerləri bölüşdürürlər. Peru seçməsi 21 xalla 5-ci sıradadır.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabrda keçiriləcək. İndiyədək Uruqvay və Peru ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Yaponiya və Səudiyyə Ərəbistan da final mərhələsinə vəsiqə əldə edib.
Gununsesi.info