Dekan müavini təhdid etdi, BDU araşdırmaya başladı

  • By admin
  • 23 Yanvar 2017 22:25

bdu

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə təhdid dolu mesajlar göndərməsi ilə bağlı araşdırma başladılıb.

Bu barədə Bakipost.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Bildirib ki, araşdırma bitdikdən sonra mətbuata geniş açıqlama veriləcək.

Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli isə məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, mediada Aytəkin Zeynalovanın tələbələrə ünvanlanan mesajı yayılıb. Səsli mesajda dekan müavini tələbələrə universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib. Bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq.

 

Gununsesi.info