Deputat: “Metronun giriş-çıxışılarına parkomatlar düzüblər” - "Xüsusi qazan güdən qurumlar var"

  • By admin
  • 14 Oktyabr 2016 14:22

parkomat

Harada adamlar  çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır

 Gununsesi. info xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, bu mənzərəyə hər gün “Elmlər Akademiyası” metrosu ətrafında rast gəlmək mümkündür: “Metronun giriş-çıxışılarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazan güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol  hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən deyir ki, biz baxmırıq”.

 

 Gununsesi. info