Deputat şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

  • By admin
  • 19 İyul 2021 12:07

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri Samirə Məmmədova və atası İntiqam Əliyevlə parlamentdə görüşüb.

Gununsesi.info xəbər verir ki, Q.Paşayeva şəhidin həyat və döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Q.Paşayeva ölkəmizin 44 günlük Vətən Müharibəsində əldə etdiyi uğuru böyük tarixi hadisə olaraq şərh edib, bu hadisəni bizə yaşadan şəhidlərin ruhuna hər bizimizin dərin ehtiram bəslədiyini söyləyib:

“Bu ehtiramın ən yüksək örnəyini ali dövlət rəhbərliyimiz göstərir. Biz millət vəkilləri, məmurlar və başqalaraı da həmin örnəyi özümüzçün əsas bilirik. Xahiş edirəm, bizim salamlarımızı bütün doğmalarınıza çatdırasız. Hər zaman yanınızdayıq”.

Komitə sədri şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.