Deputat seçicilərinin problemləri ilə maraqlanıb - FOTOLAR

  • Müəllif: admin
  • 22 İyul 2017 10:10
20292581_1962393467374329_8949069729476474863_n
Millət vəkili Musa qasımlı Yardımlı rayonunun bir sıra kəndlərində, xüsəsən də Zevin və Gendərə kəndlərində seçiciləri ilə görüşərək, onların problemləri ilə yaxından maraqlanıb.
Bu barədə Gununsesi.info-ya millət vəkili Musa Qasımlının özü məlumat verib.
Onun sözlərinə görə,  iyulun 20-də Yardımlı RİH-nin başçısı Ayaz Əsgərovilə birlikdə rayonun Zevin və Gendərə kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib. Görüşdə idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri də iştirak edib.
Görüş
ün əsas hədəfi  ölkə başçısının tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdən ibarət olub.  Seçicilərlə görüşdə  son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqət onların  nəzərə çatdırılıb.
İcra başçısı sonda Zevin və Gendərə kəndlərində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş apar
dığını vurğulayıb. A.Əsgərov deyib ki, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçünsə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
20228316_1962393507374325_5920546027344488941_n
Mürtəza
Gununsesi.info