Deputat telekanala etiraz etdi: "Düzgün deyil..."

  • By admin
  • 18 Yanvar 2017 23:33

aydin

“Bu gün ARB telekanalında Mİngəçevirdən olan 8 yaşlı gənc idmançı Nihad Ağayev haqqında gedən reportaja baxdım. Uşağın yaşına uyğun olmayan çevik və fiziki cəhətcə hazırlıqlı olduğu hiss edilir. Onun gələcəkdə idman yarışlarında böyük uğurlar qazanması gözləniləndir”.

Gununsesi.info xəbər verir ki, bu haqda Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ancaq azyaşlı uşağın hərəkət edən iki avtomobilin arasında “şpakat” açması onun həyatı üçün çox təhlükəlidir, xırda bir səhv onun üçün ağır fəsadlara səbəb ola bilərdi.

“Heç bir sığortalanması olmadan buna yol vermək və uşağı buna həvəsləndirmək olmaz. Ən əsası isə bu hərəkətin təhlükəli olması barədə heç bir şərh verilmədən ölkə telekanalında göstərilməsi düzgün deyil”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info