Deputatlar Xocalı soyqırmının 26-cı ildönümü ilə bağlı toplantılarda iştirak edib - FOTOLAR

  • By admin
  • 01 Mart 2018 15:00
Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu ildə dünya ölkələrində silsilə tədbirlər keçirlib. Qardaş ölkə Türkiyədə keçirilən tədbirə qatılan Milli Məclisn üzvü Sona Əliyeva Xocalı soyqrımının 26-cı ildönümü ilə bağlı iştirakçısı olduğu tədbirlərdən danışıb. 
Gununsesi.info-ya məlumat verən millət vəkili Sona Əliyeva bildirib ki, Xocalı soyrıqımının ildönümü ilə bağlı Türkiyənin bütün əyalətlərində tədbirlər təşkil olunmuşdu və biz də bu tədbirlərin bir qismində iştirak etdik.
Onun sözlərinə görə, İzmirdə Bornova bələdiyyəsinin təşkilatçılığı ilə Xocalə faciəsinin ildönümünə həsr olunmuş toplantı zamanı  Azərbaycan Dostluq  parkında Xocalı soyqırım abidəsinin açılışı oldu.  Toplantıda 26 il öncə Xocalıda  azərbaycanlılara qarşı törədilən soyqırım siyasəti barədə geniş bilgi verildi. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirdi ki,  Xocalıda ermənilər insanları Türk olduqları üçün qətliam törətdilər.
 İzmirdə Xocalını anım günü ilə bağlı növbəti tədbir  Karşıkaya bələdiyyəsinin təşkilatçılığı ilə keçirildi və burada Heydər Əliyev  parkında ulu öndərin büstünun açılışı oldu.
Burada da millət vəkili Qənirə Paşayeva, Diasporla iş üzrə dövlət komitəsinin sədr müavini Valeh Hacıyev çıxış etdilər.
Kocaelində düzənlənən tədbirlərdən danışan millət vəkili bildirib ki,  burada Körfez  bələdiyyəsinin təşkilatçılığı ilə toplantıda Xocalı haqqında geniş bilgi verildi və iki qardaş ölkənin bundan sonra  bir yerdə olmasının vacibliyi qeyd olundu.
Kocaeli Körfez bələdiyyəsində Türkiyənin dəyərli millət vəkilləri ilə Xocalı soyqırımı abidəsinin açılışında iştirak etdik.
Kocaeli böyük şəhər bələdiyyəsində Böyükşəhər bələdiyyə başkanı Ibrahim bəyin qonağı olduq, Azərbaycan və Xocalı həqiqətləri haqqında danışdıq, soyqırımla bağlı kitablar hədiyyə etdik.
Növbəti belə bir anım tədbirir Türkiyənin Qəbzə şəhərində   keçirildi.
Biz orada Ahıska Türk Dernekleri Federasyonu Marmara Bölge Temsilçiliyini ziyarət etdik və başkan Binəli Osmanlı və digər ahıska türkü qardaşlarımızla görüşdük. Söhbət əsnasında Azərbaycanın ahıska türklərinin sürgünü zamanı Azərbaycanın on minlərlə ahıskalıya sahib çıxdığını və hələ də onların çoxunun ölkəmizdə yaşadığı qeyd olundu. Bundan başqa seçki dairəmdə bir, ümumiyyətlə Şəmkirdə iki ahıska kəndinin olduğunu qeyd etməklə yanaşı, həmişə dövlətimizin onlara göstərdiyi diqqət və qayğını ayrıca vurğuladıq və onların Azərbaycan vətəndaşı olduğunu, Azərbaycan Ermənistan Dağlıq Qarabağ müharibəsində bizimlə çiyin çiyinə vətən torpaqlarının müdafiəsində iştirak etdiklərini, Xocalıda bizimlə eyni acını yaşadıqlarını və şəhid verdiklərini, həmçinin Şəmkirin iki Milli Qəhramanından birinin məhz ahıska türkü İsgəndər Aznaurov (topçu İsgəndər) olduğunu söylədik.
Mürtəza
Gununsesi.info