
11 aprel 2018-ci ildə Azərbaycanda keçirləcək növbədənkənar prezident seçkilərində namizədliyini müstəqil qaydada irəli sürmüş Zahid Oruc namizədliyinin qeydə alınması üçün topladığı imza vərələqrini MSK-ya təqdim edib.
Bu barədə Gununsesi.info-ya Zahid Orucun Seçki qəargahından məlumat verilib . Bildirilib ki, 15 fevralda götürülmüş imza vərəqlərinin qanunvericiliyin tələb etdiyi dislokasiyaların sayı üzrə paylanmasına başlanılıb. Seçki Qərargahından bidirilib ki,15 fevralda götürülmüş imza vərəqlərinin qanunvericiliyin tələb etdiyi dislokasiyaların sayı üzrə paylanmasına başlanılıb.Millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar,eyni zamanda, onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb,digər sənədlər, yəni, gəlir və əmlak deklarasiyası ilə birgə bu gün MSK-ya təqdim olunub. Qeyd edək ki,imzaların toplanması zamanı bir çox spesifik ictimai və sosial amillər nəzərə alınıb, xüsusilə, təşkilati işlərin görülməsi zamanı namizədin daha çox tanındığı bölgələrdə,o cümlədən, Bərdə ərazisində daha çox insanı əhatə etmək qərara gəlinib. Seçki Qəragahından onu da bildiriblər ki,imzaların toplanması zamanı parlament fəaliyyətinə görə insanların yaxşı tanıdığı Zahid Oruca çoxlu rəy,təklif və sorğuların göndərilməsi də sübut edir ki,cəmiyyətimiz tərəfindən siyasət adamlarının fəaliyyəti yaxınan izlənilir, onlara tələbkarlıqla yanaşılır. Həmçinin , Azərbaycan vətəndaşları seçki mübarizəsinin dinc şəraitdə, ideyaların və platformaların yarışı kimi qəbul edir,çirkli kapmaniyaların və inqilabi çağırışların qəti əleyhinə olduğunu göstərir. Şübhəsiz ki,bütün təkliflərə rəsmi qeydiyyat mərhələsindən sonra seçki mübarizəsi zamanı daha konkret qiymət veriləcək və ondan müxtəlif planların tərtibi zamanı istifadə ediləcəkdir. Seçki Qərargahından onu da bildiriblər ki,imzalara 5 gün ərzində rəsmi qiymət veriləcəyi müddətdə digər mühüm siyasi və təşkilati tədbirlərin müzakirəsi,dünyada mövcud olan seçki texnologiyalarının tətbiqi üçün məsləhətləşmələrin aparılması,uğurlu diskussiya modelləri barəsində axtarışlar davam etdiriləcəkdir. Zahid Oruc imzatoplama kampaniyası dövründə ona yaxından kömək göstərən insanlara,o cümlədən,şəxsi imzası ilə ona namizədliyinin qeydiyyatı üçün xeyir-dua verən hər kəsə ən xoş arzularını çatdıraraq,dövlətçilik və milli ideallara xidmət yolunda bundan sonra da ardıcıl və prinsipial olacağını bir daha vurğulamağı özünə borc bilib. Xatıraladaq ki,prezidentliyə namizədin Seçki Qərargahı Nərimanov rayonu,Heydər Əliyev prospekti 26 ünvanında yerləşir.
Mürtəza
Gununsesi.info











