Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün kçeirilən iclasında millət vəkili Yevda Abramov həmkarı Tahir Kərimlinin komitənin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikir süngü ilə qarşıladı.
Gununsesi.info xəbər verir ki, millət vəkili Yevda Abramov həmkarı Tahir Kərimlinin Bahar Muradovdan öncə komitənin fəaliyyətinə tənqidi fikir söyləməsi və onun geridə qalmasına sərt reaksiya verib.
Y. Abramov deyib ki, mən 10 ildən çoxdur bu komitəsin sədr müaviniyəm və həmkarım Tahir bəy bizim zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edib. “Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?! Biz indiki kimi əvvəldə işləyitrdik. Düzdür, bahar Muradova komitəyə sədr seçilməklə fəaliyyətimizə yeni nəfəs verdi. Ancaq biz o zaman da fəaliyyət göstərmişik.Ona görə də onun komitəsinin zamanında yaxşı fəaliyyət göstərməməsi ilə bağlı fikirləri ilə razılşamıram”.
Y. Abramovun bu fikri T. Kərimli tərəfindən əks reaksiya ilə qarşılandı.
Həmən məsləyə müdaxilə edən komitə sədri bahar Muradova bildirdi ki, Milli Məclis kiminsə şəxsi münasibətlərini müzakirələrə ehtiyac yoxdur. “ Hər dövrün öz tələbi var və komitə də dövrünə görə öz fəaliyətini qurub. Ona görə də bu məslələrə ehtiyac yoxdur”- deyə, B. Muradova deyib.
Mürtəza
Gununsesi.info












