Deputatdan təklif: "Quberniya idrəetmə sisteminə keçilsin"

  • Müəllif: admin
  • 06 Dekabr 2016 16:59
fazail
Azərbaycanda regionların mövcud bölgü üzrə idarəetmə sistemindən imtina edilərək, quberniya idrəetmə sisteminə keçilməlidir.
 Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Fəzail Ağamalı çıxış edib.
Parlamentdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili deyib ki, ölkədə regionların  daha effektli idarəetməsini təmin etmək üçün rayon bölgü sistemindən imtina olunmalıdır:
“Bu gün  respublikada bu qədər rayon inzibatı ərazisinə ehtiyac yoxdur. Bu sahədə islahatlar aparıılsa,  quberniya sisteminə keçilsə yaxşı olar və biz bu idarəetmə sisteminə keçməliyik. Bununla  həm də büdcə vəsaitinə qəanət etmiş olarıq. Ona görə təklif edirəm ki, bizdə də  quberniya bölgü idarəetmə sisteminə keçilsin”.
Mürtəza 
Gununsesi.info