Deputatı iki baldırından yaraladılar - Ukraynada

  • By admin
  • 12 İyul 2016 14:23

vas

 

Ukraynada deputat Vasiliy Baqayçuk Odessa şəhərində ayağından güllələnib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə  RİA “Novosti” xəbər yayıb. Qeyd olunur ki, Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı, Şurada “Batkivşina” fraksiyasının rəhbəri V. Baqayçuk xəstəxanaya yerləşdirilib. İki naməlum şəxs Pokrovaya küçəsində yerləşən barın yaxınlığında deputata travmatik silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. V. Baqayçuk hər iki baldırından yaralanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info