Deputatlar baş naziri vəzifədən uzaqlaşdırdı - Hökumət istefa verdi

  • By admin
  • 17 İyun 2016 13:29

Tihomir OreskovicH

 

Xorvatiyada hökumət istefaya göndərilib. Gununsesi.info xəbər verir ki, Xorvatiya Parlamentində baş nazirin istefaya göndərilməsilə bağlı etimad səsverməsi keçirilib. Səsverməyə qatılan 135 deputatdan 125-i baş nazir Tihomir Oreskovicin vəzifəsindən uzaqlaşdırılması lehinə səs verib.

Oreskovicin etimad almaması bütün hökumət üçün keçərli olduğuna görə, mövcud hökumət də istefaya göndərilib. Hazırki hökumət yeni kabinet formalaşana qədər müvəqqəti olaraq fəaliyyətini davam etdirəcək.

Yeni hökumətin qurulması üçün keçiriləcək koalisiya danışıqları 30 günlük müddət ərzində başa çatdırılmalı və yeni hökumət formalaşdırılmalıdır.  (Aznews.az)