Sel Gədəbəy sakinini aparıb - FOTO

  • By admin
  • 17 İyun 2016 13:26

 

selq

 

Gədəbəy rayonunda təbii fəlakət nəticəsində selin yerli sakinlərdən birini aparıb. Gununsesi.info xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında baş verib. Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dolu, əsasən Şınıx bölgəsinin kəndlərini, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub.(report.az)

sel

 

Gununsesi.info