
Milli Məclisin deputatları Cavanşir Feyziyev, Çingiz Qənizadə və Elşad Həsənov noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, deputatlarımız Sarayevo şəhərində olacaq, ölkə parlamentinin sədri, Azərbaycanla dostluq qrupunun üzvləri, müvafiq komitələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.
Gununsesi.info












