Deputatlarımız AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 11:34
aspaa
Sentyabrın 4-dən etibarən Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları öz işinə başlayıb.
Gununsesi.info xəbər verir ki, sentyabrın 7-dək davam edəcək iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. 
Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinlənilib, AŞ PA-nın payız sessiyasının gündəlik  layihəsi təsdiqlənib, həmçinin yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələ müzakirə edilib.
Büro iclasında eyni zamanda AŞPA sədri  Pedro Aqramunta edilən etimadsızlıq məsələsinə baxılıb. İcasda Pedro Aqrumantın AŞPA-ya bundan sonrakı dönəmdə sədrlik etməsi  məsələsinə  oktyabrın 9-da başlayacaq payız sessiyasında baxılıb konkret qərar veriləcək.  Payız sesisyası başalyanadək isə məsələ ilə bağlı dinləmələr keçiriləcək. İlk olaraq məsələ ilə bağlı P.Aqramunta qarşı etimadsızlıq məsələsinə dair qətnaməni gündəliyə salan Norveç nümayəndə heyətinin fikri dinləniləcək, daha sonra isə siyasi qüvvələrin rəhbərləri çıxış edəcəklər. Bütün bu dinləmə və müzakirələrdən sonra P.Aqramunt özü çıxış edəcək və məsələ ilə bağlı mövqeyini bildirəcək. Məhz bundan sonra  onun AŞPA-da sədr qalıb-qalmamsı ilə bağlı açıq səsvermə keçiriləcək. Səsvermədə iştirak etmək üçün ən azı 102 deputat iştirak etməli və onun 3/2-si səsəverməyə çıxarılan sənədə səs verməlidir.
Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək,  öz qeyd  və təkliflərini verəcəklər.
Mürtəza
Gununsesi.info