Diaspor könüllüləri icma sədri ilə görüşdü

  • By admin
  • 08 Oktyabr 2019 17:47

Oktyabrın 8-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə “Azərbaycan Diaspor Könüllüləri” proqramının bir qrup iştirakçısının görüşü keçirilib. 

Gununsesi.org xəbər verir ki, görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olub.

Görüşdə Tural Gəncəliyev və əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının Koordinatoru Bəxtiyar Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərəh Tuncay Şəms, o cümlədən Ermənistan tərəfindən ölkəmizin işğal altında saxlanılan rayonlarının gəncləri iştirak edib.

Tural Gəncəliyev gənclərimizə Qarabağ haqqında məlumat verib. Bununla yanaşı, dağıdılmış tarixi abidələr, Qarabağ atları haqqında video çarxlar nümayiş etdirilib və gənclərimizi maraqlandıran suallar cavablandırılıb.



 

 

Gununsesi.org