Dilarə geyimi ilə gündəmdə - Alt paltarı açıq-aydın görünür+Fotolar

  • Müəllif: admin
  • 14 Dekabr 2018 14:49

Ötən gün baş tutan “Maşın” realiti şousunun açılışına müğənni Dilarə Kazımova damğa vurub.  “Gununsesi.org” xəbər verir ki, məşhur yarışmanın ilk günü üçün özəl hazırlaşan ifaçı müzakirələrə səbəb olan geyimdən istifadə edib. 

Dilarənin transparan libası üzərində ukraynalı dizayner Jenia Kirienko çalışıb.  Geyim dəri topik, tül və dəridən hazırlanan ətəkdən ibarətdir və sözügedən paltarda Dilarənin alt paltarı açıq-aydın görünür.

Bu məqamda bildirək ki, Jenia həm də  Səmra Rəhimlinin qalmaqala səbəb olan “Pencək” klipindəki libaslarının müəllifidir.