Müdafiə Nazirliyinə məxsus avtomobil 60-65 yaşlı qadını vurub öldürdü

  • Müəllif: admin
  • 14 Dekabr 2018 14:44

Ermənistanda bu gün səhər saatlarında Müdafiə Nazirliyinə məxsus avtomobil 60-65 yaşlı qadını vurub.

“Gununsesi.org”  erməni KİV-nə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, sürücü yaralıya kömək etmək üçün maşından düşsə də, bu dəfə yüksək sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil qadının üzərindən keçib, daha sonra gizlənib.

Aldığı zədələrdən qadın hadisə yerində dünyasını dəyişib.