Menaka şəhərində silahlı şəxslər mülki vətəndaşlara hücum ediblər -47 yerli sakin öldürülüb

  • Müəllif: admin
  • 14 Dekabr 2018 14:40

Malinin şimalındakı Menaka şəhərində silahlı şəxslər mülki vətəndaşlara hücum ediblər. Nəticədə 47 yerli sakin öldürülüb.

“Gununsesi.org” KİV-ə istinadən xəbər verir ki, sayları 9-12 nəfər olan silahlıların kimliyi təsbit edilməyib.

Hadisədə xeyli insan yaralanıb.

Hücumçular geri çəkilərkən 80 kvadrat kilometrlik ərazidəki otlaq sahələrini yandırıblar.