Dilçi alimdən maraqlı təklif - "LİKE" SÖZÜ "LAYİQ" KİMİ İŞLƏNSİN

  • Müəllif: admin
  • 26 Yanvar 2018 10:36

Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli özünün facebook səhifəsində maraqlı status paylaşıb.

Gununsesi.info xəbər verir ki, o, “like” sözünün “layiq” kimi işlənməsini təklif edib.

“Mənə elə gəlir ki, sosial şəbəkələrin ən populyar kəlməsinə çevrilmiş like (layk) sözü dilimizdəki layiq sözü ilə eyni kökə gedib çıxır. Ərəbşünas dostlar izah versələr, yeni nəsə öyrənmiş olarıq. Layiq sözü dilimizə ərəblərdən keçib. El arasında bu sözü “ləyaqlı” kimi işlədənlər də var.
Sosial şəbəkə istifadəçiləri də burada ləyaqlı bildiyi – yəni bəyəndiyi paylaşımlara like qoyur. Gördünüzmü, məna necə bənzərdir?!” deyə filologiya üzrə fəlsəfə doktoru qeyd edib.

Yadigar Cəfərlinin sözlərinə görə, ingilis dili ilə Şərq dilləri arasında belə maraqlı yaxınlıqlar çoxdur: “Məsələn, farslar qardaşa deyir: bəradər, ingilislər də deyir: brother. Farslar anaya deyir: madər ingilislər də deyir: mother. Bax belə. Ləyaqlı bildinizsə, di like qoyun getsin”.

Gununsesi.info