DİN 30 nəfəri həbs edib - CİNAYƏTDƏ ŞÜBHƏLİ BİLİNİRLƏR

  • By admin
  • 08 Noyabr 2018 13:37

2018-ci il noyabrı ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb.

DİNin mətbuat xidmətindən Gununsesi.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Bildirilir ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.