DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 16:24

din7

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Gununsesi.info nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından, açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Gununsesi.info