
Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-iş günlərində vətəndaş qəbulunu davam etdirəcək.
Qurumun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.
Gununsesi.info











