Gənc müğənnidən yeni klip: "Aparmağa gəlmişik" (FOTO+VİDEO)

  • Müəllif: admin
  • 18 Mart 2017 12:28
unnamed (6)
Gənc müğənni Aygül Ağayeva yeni klipini təqdim edib.
Gununsesi.info-ya danışan Aygül Ağayeva deyib ki, “Aparmağa gəlmişik” xalq mahnısına çəkdirdiyi klipini Novruz bayramı ərəfəsində üzə çıxarıb.
Klipdə Azərbaycanın qədim toy adətləri öz əksini tapıb. Oğlan evinin gəlini aparmaq üçün gəlişi milli kaloritlərlə bəzədilib.
Musiqinin aranjimanı Əvəz Muradova məxsusdur.
Aygül Ağayeva Azərbaycanın Xalq artisti, mərhum sənətkar Şövkət Ələkbərovanın repertuarından olan “Aparmağa gəlmişik” mahnısını özünəməxsus şəkildə oxuyub.
Klipdə toy adətini “Banu” rəqs qrupu canlandırıb. Klipdə Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva da rol alıb.
unnamed (11) unnamed (13)

https://www.youtube.com/watch?v=c3YuCamtx9o

  Gununsesi.info