DİN-dən polkovniklə bağlı ittihamlara - Reaksiya

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Gununsesi.info-nun sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib. E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız,  həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə polis orqanlarından xaric edilib.

 

Gununsesi.info